Supermen | |
---|---|
ing. Superman | |
Nəşriyyat | DC Comics |
Yayım tarixi |
"Action Comics #1" (üz qabığında iyun 1938/ nəşr tarixi may 1938)[1] |
Yaradıcı(lar) |
Cerri Siql Co Şuster |
Xüsusiyyətlər | |
Əsl adı |
Kal-El (doğum adı) Klark Kent (götürmə adı) |
Doğum yeri | Kripton |
Cinsiyyəti | kişi |
Boyu | 201 sm |
Çəkisi | 107 kq |
Göz rəngi | kristal-mavi |
Saç rəngi | qara |
Vətəndaşlıq | |
Komiks bioqrafiyası | |
Kainat | yaxşı |
Üzvlükləri |
Gündəlik Planet Qalaktika Cəmiyyəti Ədalət Liqası Super Qəhrəmanlar Legionu |
Partnyorları |
Betmen Yaşıl fənər Akvamen Supergörl Fleş Ecazkar qadın Mars ovçusu Kapitan Marvel |
Düşmənləri |
Darksayd Dumsdey Breyniak Bizarro Leks Lyutor General Zod |
Ləqəbləri | Polad adam, Kritonun sonuncu övladı |
Gücləri |
İnanılmaz güc Uçmaq Gözlərindən lazer çıxarmaq Dondurucu nəfəs |
Supermen (ing. Superman) — DC Comics tərəfindən nəşr edilən ABŞ komikslərində görünən uydurma superqəhrəman. Personaj 1933-cü ildə ali məktəb tələbələri olan yazıçılar Cerri Siql və Co Şuster tərəfindən Klivlend, Ohayoda yaradılmışdır. Onlar personajı 1938-ci ildə gələcəkdə “DC Comics” adı ilə tanınacaq “Detective Comics” şirkətinə satmışdılar. Supermen, Action Comics #1-də (üz qabığı tarixi iyun 1938) debüt etmiş, daha sonra müxtəlif radioseriallarda, qəzet köşklərində, televiziya proqramları, filmlər və videooyunlarda istifadə edilmişdir. Bu uğuru ilə super qəhrəman arxetipini yaratmış Supermen, amerikan komiks kitablarında superqəhrəmanların üstünlük qazanmasına səbəb olmuşdur.[2] Personaj həm də “Böyük mavi boyskaut”, “Polad adam”, “Gələcəyin adamı” və “Kriptonun son övladı” epitetləri ilə tanınır.[3]
Supermenin mənşə hekayəsinə əsasən, o, Kripton planetində Kal-El adı ilə doğulmuş, planetin dağıdılmasından bir neçə dəqiqə əvvəl alim olan atası Jor-El tərəfindən Yer kürəsinə göndərilmişdir. Kanzasdan olan fermer cütlük tərəfindən tapılan və övladlığa götürülən Kal-El, Klark Kent adı ilə, ciddi mənəvi kompas xarakteri ilə böyüdülür. Uşaq vaxtlarından o, super insan qabiliyyətləri nümayiş etdirmiş, böyüdükdən sonra isə bu qabiliyyətləri insanlığın gələcəyi üçün istifadə etmiş və buna görə də Supermen (azərb. Super adam) kimi tanınmışdır.
Supermen uydurma ABŞ şəhəri olan Metropolda yaşayır və fəaliyyət göstərir. Klark Kent olaraq o, Metropolun yerli qəzeti olan “Daily Planet”də müxbir kimi fəaliyyət göstərir. Supermenin sevgilisi Luis Leyn, əsas düşməni isə Leks Lüterdir. O, Betmen və Ecazkar qadınla birlikdə fəaliyyət göstərir və Ədalət Liqasının üzvü kimi təqdim edilir. DC Kainatına aid olan digər personajlar kimi, Supermen də illər ərzində formalaşmış bir neçə alternativ versiyaya malikdir.
Supermen onu digər insanlardan fərqləndirən xüsusi ikonik kostyuma malikdir; o adətən sinəsində sarı qırmızı emblemi olan mavi kostyum geyinir və qırmızı örtük taxır. Onun sinəsindəki loqo sarı qalxan üzərində yerləşdirilmiş S hərfindən ibarətdir. Bu qalxan simvolu digər mediada personajın simvolu kimi istifadə edilir. Supermen Amerikan mədəniyyətinin əsas simvollarından biridir.[2][4][5][6] Personajın ABŞ və dünya mədəniyyətinə təsiri alimlər, mədəniyyət nəzəriyyəçiləri və tənqidçilər tərəfindən geniş tədqiq edilmişdir. Personajın müəllif hüquqları tez-tez mübahisə mövzusu olmuş, Siql və Şuster isə müəllif hüquqlarının qaytarılması üçün iki dəfə məhkəməyə müraciət etmişdilər. Personaj, filmlər, teleserialar və videooyunlar da daxil olmaqla bir çox media adaptasiyalarında canlandırılmışdır. Kirk Alin, Corc Rivs, Kristofer Riv, Din Keyn, Tom Uellinq, Brendon Rut, Henri Kavill və Tayler Heklin tərəfindən müxtəlif bədii film və teleseriallarda canlandırılmışdır.
<ref>
teqi; TCS11
adlı istinad üçün mətn göstərilməyib